
Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
Artıq "Formula 2" üzrə mübarizə başlayıb. Sərbəst yürüşə saat 10:00-da start verilib.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
İlk günün növbəti yarış cədvəli belədir:
12:30. "Formula 1": Birinci sərbəst yürüş
14:00. "Formula 2": Birinci sıralama turu
14:30. "Formula 2": İkinci sıralama turu
16:00. "Formula 1": İkinci sərbəst yürüş
Qeyd edək ki, ilk dəfə 2016-cı ildə ev sahibliyi etdiyimiz Azərbaycan Qran-prisinin builki mərhələsi sentyabrın 26-da başa çatacaq.