İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə Azərbaycanın dörd təmsilçisi çıxış edəcək.
Hüseyn Əsədullayev, Bilal Qurbanov və Aleksey Karataşev yeniyetmə tamblinqçilərin yarışında mübarizə aparacaq.
Böyüklərin yarışında isə batutçu Selcan Mahsudova qüvvəsini sınayacaq.
Xatırladaq ki, qitə çempionatının ilk günündə yeniyetmə batutçularımız komanda finalında dördüncü olub. Yarışa iyunun 5-də yekun vurulacaq.