İsrailin paytaxtı Təl-Əvivdə bədii gimnastika üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün böyüklərin yarışına start veriləcək. Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və Arzu Cəlilova təsnifat mərhələsində ilk olaraq halqa və topla hərəkətləri icra edəcək.
Axşam sessiyasında isə yeniyetmələrin final yarışları baş tutacaq. Kamilla Qafarova halqa və gürzlərlə, Alina Məmmədova topla, Mədinə Dəmirova lentlə bacarıqlarını nümayiş etdirəcək.