13:55 05.03.2020 1931

Cəmaləddin Bəhlulov: “Şahmatçılarımız federasiyanın yox, valideynlərin hesabına yetişir"

 

Ölkəmiz şahmatıyla tanınsa da, bu idman növündə də ciddi çatışmazlıqlar, çoxşaxəli problemlər var. Gördüklərinə etiraz əlaməti olaraq çalışdığı şahmat məktəbindən ayrılan şahmat təlimçisi Cəmaləddin Bəhlulov Fanat.Az-a müsahibəsində üzücü reallıqlardan danışdı.


"Rauf Məmmədov müsahibə ilə bağlı hücumlara məruz qalmışdı”

- Azərbaycanda uşaq şahmatının vəziyyəti necədi?
- Azərbaycan şahmat federasiyası demək olar ki, uşaq şahmatı ilə məşğul olmur. Ancaq qurum buna xüsusi diqqət yetirməlidi. Şahmatda uğurun başlanğıcı uşaq şahmatıdı. Bir dəfə Rauf Məmmədovun mətbuatda belə bir müsahibəsi getmişdi və həmin müsahibə ilə bağlı hücumlara da məruz qalmışdı. Rauf Məmmədova sual vermişdilər ki, Azərbaycanda qrosmeyster yetişdirən uşaq məktəbləri var? Cavabında "hansı uşaq məktəbləri? Azərbaycanda qrosmeyster yetişdirən bir şahmat məktəbi belə yoxdu. Belə şahmat məktəbi Lvovda var. Bir məktəbdən 20 qrosmeyster çıxıb” demişdi.

"Azərbaycanda şahmatçılar yalnız valideynlərin öz hesabına yetişir”

- Bəs Azərbaycanda şahmatçıların inkişafında şahmat federasiyasının nə dərəcədə rolu var?
- Azərbaycanda şahmatçılar yalnız valideynlərin öz hesabına yetişir. Rauf Məmmədovun şahmatçı kimi formalaşması atası Əhməd müəllimin sayəsində mümkün olmuşdu. Buna misal olaraq Vüqar Həşimovu da göstərmək olar. Vüqar Həşimov atası Qasım müəllimin sayəsində şahmatçı kimi formalaşmışdı. Şəhriyar Məmmədyarov bu barədə dəfələrlə özü deyib. Hətta o, 2700 reytinq səviyyəsinə gəlib çatanda atası ilə məşq etdiyini, bu uğuru atasının sayəsində qazandığını söyləmişdi. Sonralar Şəhriyarın reytinqi 2800 olanda, məlum oldu ki, Şəhriyar yarışlardan əldə etdiyi pulla özünü maliyyələşdirib, yarışlardan əldə etdiyi pulla öz komandasını formalaşdırıb, komanda üzvlərinə maaş verib. Şəhriyar 2018-ci ildə dünya üzrə ən çox qazanan şahmatçılardan biri olub. 1-ci yerdə olan Maqnus Karlsenlə, 2-ci pillədəki Fabiana Karuananın 750 min avro gəlirləri olmuşdu. Bu gəlirlər yalnız turnirlərdən əldə edilən gəlirlərdi. Yəni bunun sponsorların və digər qaynaqların ayırdıqları pula heç bir dəxli yoxdu. Həmin il Şəhriyar Məmmədyarov ən çox qazanan şahmatçı kimi 5-ci idi. Şəhriyarın qazancı 250 min avrodan çox idi. Şəhriyar öz komandasında olan məşqçinin, psixoloqun, həkimin, ümumilikdə 5 nəfərlik komanda heyətinin bütün xərclərini özü ödəyir. Məmmədyarov ABŞ-dakı turnirdə məlum şəkildə etiraz etdikdən sonra bizim ölkə siyasətçiləri və rəhbərlik ona diqqət göstərməyə başladı. Gənclər və İdman Nazirliyi bu məsələyə münasibət bildirdi, amma yalan danışdılar.

Rauf Məmmədovun "uşaq məktəbləri qrosmeyster yetişdirirmi” sualına verdiyi açıqlama ilə bağlı beynəlxalq dərəcəli hakim Faiq Həsənov müsahibə vermişdi. Faiq Həsənov həmin müsahibəsində demişdi ki, Azərbaycanda qrosmeysterlərin - Şəhriyarın, Vüqarın, Teymurun, Raufun , Qədirin, Eltacın, Nicatın yetişməsi Allahın işidi. Belə bir elmli adam hesab edirəm ki, bu cür yanaşmamalıdı məsələyə. Bir neçə gün qabaq Aydın Süleymanlı "Aeroflot Open” də 50-dən çox şahmatçını qabaqlayaraq 1-ci yer tutdu. Bu uğur dünya şahmat tarixində bir ilkdi. Hələ indiyə qədər heç bir qrosmeyster belə bir yarışda, 14 yaşında belə uğura imza atmayıb.

"Ermənilər dünyanın dörd bir yanında təşkil olunan yarışlarda iştirak edə bilir, biz yox?”

- Hərçənd bizim azyaşlı şahmatçılarımızın əvvəllər də uğurları az olmayıb...
- Bir müddət Azərbaycan uşaq şahmatı dünya üzrə 1-ci yerdə olub. Bizimkilər hər yaşda medal gətirirdi. Amma indi ölkəmizdə uşaq şahmatı tənəzzülə uğrayıb. Keçən il uşaqlarımız Avropadan çox medal gətirdi. Bu da ona görə oldu ki, digər komandalar yarışa 12, biz 24 nəfərlə qatılmışdıq. Bunun nəticəsi olaraq biz ümumi komanda hesabında 1-ci, 3-cü yerləri bölüşdük. Nəticələrə əsaslanıb dedilər ki, bu qalibiyyət Azərbaycan uşaq şahmatının uğurudu. Ancaq heç kim demədi ki, bu yarışda biz 24 nəfərlə iştirak etmişik. Mən bununla bağlı sosial şəbəkədə bir fikir irəli sürmüşdüm: bu yarışda 1-ci və 2-ci yerləri tutan şahmatçılarımız hər iki çemionatda iştirak etsin. Həm Avropa çempionatında, həm də dünya çempionatında. Buna nə qədər maliyyə lazımdı ki? Ən uzağı 50 min avro pul xərclənər hər iki yarışda iştirak etməyə. Dövlət və ya federasiya üçün bu nə puldu ki? Ermənistan iqtisadi cəhətdən Azərbaycandan çox-çox geri qaldığı halda, dünyada keçirilən bütün şahmat yarışlarına qatılır. Biz ən yaxşı halda, bir çox yarışlarda onlarla bərabər səviyyədə iştirak edirik. Nəyə görə ermənilər dünyanın dörd bir yanında təşkil olunan yarışlarda iştirak edə bilir, biz yox?

Elçin Aslangil
Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

Facebookdan bizi izləməyi unutmayın.
X