11:00 10.03.2020 2617

Şahmatımızın atlı və piyada problemləri - ARAŞDIRMA

100 yaşlı Azərbaycan Şahmat Federasiyası 1920-ci ildə SSRİ dönəmində yaradılıb. Azərbaycanda şahmat izinə IX əsrdə də rast gəlmək olar. Orta Asiyada həmin dövr üçün gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndələridi. 30-cu illərdə Səlimxanov, 50-ci illərdə bacarığını ortaya qoyan Xəlilbəyli kimi zəka sahiblərini da qeyd etmək yerinə düşər.


Ölkəmizdə ötən əsrin 70-ci illərindən başlayaraq şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilirməyə başlayıb. Bunun nəticəsi olaraq 60-a yaxın Uşaq-Gənclər Şahmat Məktəbi tikilib istifadəyə verildi.

Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə ölkədi.

Müstəqillik qazanılandan bəri Azərbaycan müasir dünya şahmatına Aynur Sofiyeva, Emil Sutovski, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Zeynəb və Türkan Məmmədyarovalar və sair idmançılar qazandırıb. Dünya miqyaslı uğurlarımız, Avropa çempionluğu, FİDE-nin siyahısında ən uğurlu komanda kimi göstərilməyimiz dövlət qayğısından xəbər verir.
 
Azərbaycan şahmatının uğurlarını saymaqla bitməz. Elə bu yaxınlarda qazandığı nailiyyətlə dünyanı özünə heyran qoyan 14 yaşlı Aydın Süleymanlının adını çəkmək yerinə düşər. Süleymanlı dünya şahmat tarixində 2500 reytinq xalından aşağı olan, 14 yaşında məlum nəticəyə imza atmış yeganə şahmatçıdı. Ancaq bu kimi uğurlar Azərbaycan şahmatında problemlərin olmaması demək deyil.Şahmat məktəblərinin ciddi çatışmazlıqlarıyla bağlı suallara bu yaxınlarda məşqçi-təlimçi Cəmaləddin Bəhlulovla birlikdə cavab tapmağa çalışmışdıq. Tədris ocaqlarının idman məktəblərinə birləşdirilməsi, qəbul olunan Dövlət Proqramı üzrə orta məktəblərdə şahmat dərslərinin keçilməməsi, federasiyasının yeniyetmə şahmatçılara sahib çıxmaması, istedadlı və perspektivli uşaqların xaricdəki turnirlərdə iştirak üçün federasiya yox, valideyinləri tərəfindən maliyyələşdirilməsi acı həqiqətlərdi. Bu və buna bənzər problemlər uşaq şahmatının gələcəyini böyük sual altına alır.

Hazırda dünya şahmatında xüsusi yeri olan, şahmat ölkəsi kimi tanınan Azərbaycanın şahmat federasiyasının xidmətləri heç də qənəatbəxiş deyil. Kiçik bir araşdırma ilə qarşılaşdığımız nöqsanların heç də kiçik olmadığını gördük. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələrindən başlayaq. Sözügedən federasiyasının mətbuat xidmətinin rəhbəri kimdi? Cavab qəribə olduğu qədər sadədi: federasiyanın mətbuat xidmətinin rəhbəri yoxdu.

Yetərincə samballı büdcəsi olan qurumdakı üzücü gerçəkliklər bununla bitmir. Federasiyanın rəsmi qaynağı olan azerichess.az saytından haqqında danışdığımız qurumun heç xəbəri də yoxdu. Sayta yerləşdirilən məlumatlar rus dilindədi. Saytda AŞF-in məsul şəxslərinin adları ingilis dilində qeyd olunub, şahmat sözü "şaxmat” kimi yazılıb.

Bizim dünyaca məhşur qrosmeysterlərimiz var və dünyada bu idman növünə azarkeşlik edən milyonlarla insan istər-istəməz Azərbaycan şahmatı ilə maraqlanır. Bu azarkeşlər əlbəttə ki, ilk növbədə AŞF-in rəsmi saytını gözdən keçirməyə can atır. Federasiyanın saytına nəzər yetirməyə çalışan azarkeşlər hansı məlumatlarla qarşılaşacaq? Saytda Teymur Rəcəbov, Vuqar Həşimov və Şəhriyar Məmmədyarov kimi ünlü şahmatçılarımız haqda ingiliscə hər hansı bilgi yoxdu. Heç Azərbaycan dili də yada düşməyib. Bu şahmatçılar haqda da qeyd olunan məlumatlar yalnız ruscadı. Alayarımçıq mənzərədi, deyilmi?

Son günlər haqqında çox danışılan Aydın Süleymanlı haqda da mənbədə heç bir məlumat yerləşdirilməyib. Bundan əlavə, saytda Azərbaycan şahmatı, Azərbaycan şahmatının tarixi, uğurları, ölkədə keçirilən turnirlər barədə ingilis və Azərbaycan dilində nəsə tapmaq müşkül məsələdi. "Naxçıvan open” turnirinin adı nəzərə çarpsa da, turnirlə bağlı informasiya almaq mümkünsüzdü. Nüfuzlu "Şəmkir open” barədə isə iki-üç cümləlik materiala rast gəlmədik. Vitali Sapronov dünyasını dəyişdiyi halda, hələ də əlaqə vasitələri və vəzifəsi saytın məlumat bazasından götürülməyib.

Möhtəşəm şahmat qələbələrimizdən sonra şahmatçılarımızla boy-boya durub şəkil çəkdirən məsul şəxslərdən birinə - federasiyanın vitse prezidenti Mahir Məmmədova zəng etməyi qərara aldıq... Vəzifə sahibi zəngimizə cavab vermədi. Saytın öz əlaqə nömrəsini aradıq və təəccübləndik- "bu nömrə mövcud deyil”. Qurumun digər vitse prezidenti Faiq Həsənova zəng etdik. Nəhayət, Faiq bəy zəngimizə cavab verdi. AŞF-in rəsmi saytının nə üçün rus dilində olduğunu soruşduq. Cavabı "hazırlayırıq” oldu.

Təxminən 1 il əvvəl də federasiyanın əməkdaşlarından birinə bu sualı ünvanlamışdıq. Həmin vaxt Fanat.Az eyni cavabı almışdı. Faiq Həsənovdan qəribə bir məlumat da əldə etdik: "Federasiyanın saytını işlədən xanım 2 ildi analıq məzuniyyətindədi. O məzuniyyətə çıxandan sonra sayta baxan yoxdu”.

Saytda illik hesabatın olmamasına dair Faiq müəllimə ünvanladığımız sual isə belə bir dialoqun yaranmasına səbəb oldu:

- Faiq müəllim, yüzminlərlə büdcəsi olan federasiyanın nə üçün belə primitiv saytı var?
- Bizim federasiyanın 50 min büdcəsi var. 
- Onda belə çıxır ki, federasiyanın büdcəsi bir idman saytının illik büdcəsindən azdı?
- Bəli.

Daha sonra Faiq Həsənov federasiyanın saytının olmadığını söylədi: "Saytımız hələ yoxdu, hazırlayırıq”.

Maraqlıdı, bəs Faiq Həsənov hansı saytla bağlı suallarımızı cavablandırırdı?

Maliyyə sıxıntısı yaşamayan, köklü ənənələrə malik, dövlət tərəfindən hər zaman yüksək səviyyədə qayğı göstərilən federasiyanın saytı olmaya bilərmi? Vitse-prezidentə bunu da xatırlatmalı olduq ki, Azərbaycan Dövlət Gənclər və İdman nazirliyinin saytında, haqqında danışdığımız sayt "azerichess.az” şahmat federasiyasının rəsmi saytı kimi göstərilib.

Nə demək olar, biz də çatışmazlıqların həllini mümkün qədər tez tapacağına ümid edirik. İstəyimiz şahmat ənənələrimizə sayğı göstərilməsi, istedadlı gənclərin federasiya tərəfindən həvəsləndirilməsi, qurumun onlara sahib çıxmasıdı. İnanırıq ki, qüsurlar aradan qaldırılsa, Azərbaycan şahmatı daha böyük uğurlara imza atacaq.

Mövzunu diqqətdə saxlayacağıq. Tutduğumuz iradlarla bağlı qarşı tərəfə tribuna verməyə hazırıq.

AŞF-də baş verən nöqsan və iradlarla bağlı saytımızın əlaqə bölməsindəki elektron ünvanımız və telefon nömrəmizlə əlaqə saxlaya bilərsiz.

Elçin Aslangil 
Fanat.Az 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X