Daha dörd turun oyunları ilə şahmat üzrə "Hou Yifan Challenge" turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında israilli Yahli Sokolovskini məğlub edib. Növbəti turda Tintsze Ley (Çin) ilə "sülh bağlayan" 21 yaşlı zəka sahibimiz son turlarda müvafiq olaraq Evonder Lyan (ABŞ) və Volodar Murzinə (Rusiya) uduzub.
Beləliklə, Məmmədzadə 16 turdan 5 xalla 14-cü yeri tutub. Qalib isə 13,5 xalla 16 yaşlı almaniyalı şahmatçı Vinsent Keymer olub.
Qeyd edək ki, turnirdə Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparıb. Mükafat fondu 15 min dollar təşkil edib.
Sahib Əsədbəyli