Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son - IX tur çərçivəsində Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov isə ermənistanlı Levon Aronyanla qarşılaşacaq.
Hesabında 24 xal olan Rəcəbov hazırda 2-ci sıradadır. Məmmədyarov 9,5 xalla son - 10-cu pillədə qərarlaşıb. Sıralamaya 28,5 xalla M.Karlsen başçılıq edir.
Bildirək ki, tur ərzində ən azı 3, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar yarışa əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb.
Çempionlar Turu
Final mərhələsi
IX tur
Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov (AZƏRBAYCAN)
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Levon Aronyan (Ermənistan)
Yan-Kşiştof Duda (Polşa) - Hikaru Nakamura (ABŞ)
Maqnus Karlsen (Norveç) - Uesli So (ABŞ)
Vladislav Artemyev (Rusiya) - Aniş Giri (Niderland)
Qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Xal durumu: Maqnus Karlsen - 28,5, Teymur Rəcəbov - 24, Uesli So - 23,5, Levon Aronyan - 21, Hikaru Nakamura - 18, Vladislav Artemyev - 14,5,
Aniş Giri - 11,5, Maksim Vaşye-Laqrav - 13,5, Yan-Kşiştof Duda - 12, Şəhriyar Məmmədyarov - 9,5.
Sahib Əsədbəyli