Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən Teymur Rəcəbov son - IX turda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Qarşılaşmanın ilk partiyası heç-heçə başa çatıb. Sonrakı iki oyunda üstün olan 34 yaşlı qrossmeysterimiz finalda ardıcıl və ümumilikdə 6-cı qələbəsini qazanıb - 2,5:0,5.
Şəhriyar Məmmədyarov isə ermənistanlı Levon Aronyanla qarşılaşıb. 36 yaşlı qrossmeysterimiz üç partiyanın yekununda rəqibinə məğlub olub - 0,5:2,5.
Beləliklə, xalını 27-yə çatdıran Rəcəbov final turnirini ikinci sırada başa vurub. Məmmədyarov 9,5 xalla son - 10-cu yeri tutub. Qalib 31,5 xalla Maqnus Karlsen olub.
Çempionlar Turu
Final mərhələsi
IX tur
Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov (AZƏRBAYCAN) 0,5:2,5 (0,5:0,5, 0:1, 0:1)
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Levon Aronyan (Ermənistan) 0,5:2,5 (0:1, 0:1, 0,5:0,5)
Yan-Kşiştof Duda (Polşa) - Hikaru Nakamura (ABŞ) 1:3
Maqnus Karlsen (Norveç) - Uesli So (ABŞ) 2,5:0,5
Vladislav Artemyev (Rusiya) - Aniş Giri (Niderland) 2,5:1,5
Sahib Əsədbəyli