Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 27 xalla ikinci yeri tutan Teymur Rəcəbov 60 min dollar qazanc əldə edib.
Fanat.Az xəbər verir ki, 9,5 xalla 10 şahmatçı arasında sonuncu olan Şəhriyar Məmmədyarovun gəliri isə 5 min dollar təşkil edib.
Qalib Maqnus Karlsen 100 min dollar qazanıb.
Qeyd edək ki, turnirin mükafat fondu 300 min dollar olub.
Sahib Əsədbəyli