Şahmat üzrə müxtəlif yaş qruplarında onlayn Avropa çempionatı başlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Kənan Qarayev (20 yaş), Uğur İlyaslı, Mələk İsmayıl (18 yaş), Şiroğlan Talıbov (16 yaş), Şamil Məmmədov, Orxan Bağırov, Nərmin Abdinova, Ləman Nağıyeva, Səmra Qasımova (14 yaş), Cahandar Azadəliyev, Ramazan Şərifov, Lalə Hüseynova, Xanım İsmayılova, Zərifə Abbasova (12 yaş), Xaqan Əhməd, Yusif Kərimli, Səadət Bəşirli, Dinarə Hüseynova, Əsnad Vəliyeva (10 yaş) qitə birinciliyinə qələbə ilə start veriblər.
Bu gün ikinci turun görüşləri keçiriləcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa oktyabrın 21-də yekun vurulacaq.