Şahmatçıların müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, dörd turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticəni 16 yaşlıların açıq yarışında Şiroğlan Talıbov göstərib.
Şahmatçımız 4 turdan maksimum xalla turnir cədvəlinə başçılıq edir.
Həmin yaş qrupu üzrə qızların yarışında Ayan Allahverdiyeva 3,5 xalla liderlər qrupundadır.
Uğur İlyaslı (18 yaş) və Nərmin Abdinova (14 yaş) da 4 turdan 3,5 xal toplayıblar.
Qeyd edək ki, qitə birinciliyində Azərbaycanı 44 şahmatçı təmsil edir.
İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa oktyabrın 21-də yekun vurulacaq.
Sahib Əsədbəyli