Şahmat üzrə "Grand Swiss 2021" turnirinin mükafat fondu açıqlanıb.
Fanat.Az xəbər verir ki, ümumi məbləğ 550 000 ABŞ dolları təşkil edəcək. 425 000 dollar kişilərin, 125 000 dollar isə qadınların yarışına ayrılıb.
Kişilərdə ilk yerin sahibi 70 min, qadınlar arasında qalib isə 20 min dollar qazanacaq.
Qeyd edək ki, "Grand Swiss" turniri oktyabrın 27-dən noyabrın 8-dək Latviyanın paytaxtı Riqada keçiriləcək. Azərbaycanı kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abbasov və Vasif Durarbəyli, qadınların turnirində isə Günay Məmmədzadə təmsil edəcək.