
Şəhriyar Məmmədyarov 26-30 dekabrda Polşanın paytaxtı Varşavada keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster mundial iştirakçılarının reytinqində blits üzrə 9-cu, rapid əmsalına görə isə 11-ci yerdədir.
Hər iki reytinq üzrə lider norveçli Maqnus Karlsendir.
Qeyd edək ki, daha əvvəl 9 şahmatçımızın yarışda iştirakını təsdiqlədiyi barədə məlumat vermişdik.
DÇ-nin qeydiyyatı bu gün tamamlanacaq.
Sahib