Cəbəllütariqdə müxtəlif ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycanın qadınlardan ibarət şahmat millisinin lideri Günay Məmmədzadənin də mübarizə apardığı "Battle of the Sexes" adlanan turnir davam edir.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət komanda ilk iki görüşdəki qələbənin ardından kişi kollektivə uduzub - 3:7 Məmmədzadə öz lövhəsində argentinalı rəqibinə məğlub olub.
Hazırda ümumi hesab 16:14 xanımların xeyrinədir.
Qeyd edək ki, qarşılaşmalar on lövhədə oynanılır. Turnirə fevralın 3-də yekun vurulacaq.
Sahib