Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Fərid Orucov növbəti – altıncı turda rusiyalı İgor Naumkin ilə mübarizə aparıb. Şahmatçımız rəqibi ilə heç-heçəyə razılaşıb.
Bununla xalını 5,5-ə çatdıran təmsilçimiz liderliyini daha da möhkəmləndirib. O, ən yaxın izləyicisini 2 xal qabaqlayır.
Qeyd edək ki, turnir səkkiz turdan ibarətdir.