Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda XI turun qarşılaşmaları keçirilir. Tur çərçivəsində rusiyalı Sergey Karyakinlə üz-üzə gələn 36 yaşlı qrossmeysterimiz artıq görüşünü başa vurub. Ağ fiqurlarla oynayan Məmmədyarov rəqibi ilə xalı yarı bölüb. "Sülh" görüşün 23-cü gedişində qeydə alınıb.
Bununla xalını 6,5-ə çatdıran Şəhriyar hələlik turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
XI tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Vidit Santoş Qujrati (Hindistan)
Rameşbabu Praqnanandxa (Hindistan) - Fabiano Karuana (ABŞ)
Rixard Rapport (Macarıstan) - Daniil Dubov (Rusiya) 1:0
Nils Qrandelius (İsveç) - Andrey Yesipenko (Rusiya)
Yorden Van Forest (Niderland) - Aniş Giri (Niderland)
Yan-Kşiştof Duda (Polşa) - Sem Şenklend (ABŞ) 0,5:0,5