10:20 19.09.2022 130

Məmmədov Avropa çempionatında medal qazanan qadın şahmatçılarla görüşdü

Azərbaycan Şahmat Federasiyasında (AŞF) qadın şahmatçılardan ibarət millinin üzvləri ilə görüş keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdə çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov Hindistanda baş tutan Ümumdünya Şahmat Olimpiadası və Çexiyadakı şəxsi Avropa çempionatının yekun nəticəsi barədə danışıb.

O, olimpiadada qadın şahmatçıların əzmkar mübarizə sərgilədiyini söyləyib:

“Son turadək çempionluq şansı var idi. Millimizin mükafatçılardan kənarda qalması ədalətsiz nəticə oldu. Amma şahmatçılarımız gələcəkdə bizi böyük qələbələrə sevindirməyə hazır olduqlarını göstərdi. Avropa çempionatında qazanılan medalları şahmatçılarımızın yüksək ustalığının və gərgin əməyinin nəticəsi kimi qiymətləndirirəm. Günay Məmmədzadə çempionluğa çox yaxın oldu, sonda gümüş medalla kifayətləndi. Ülviyyə Fətəliyeva Vətənə bürünc medalla qayıtdı. Bu nəticələr gələcəyə ümidlə baxmağa imkan verir. Hiss olunur ki, millimiz böyük qələbə ərəfəsindədir. Dövlətimiz daim şahmatçılara böyük diqqət göstərir. Federasiya olaraq qadın şahmatçılarımıza gələcəkdə də lazımi şəraiti yaratmağa çalışacayıq. Eyni zamanda mühüm əhəmiyyət kəsb edən turnirlərdə iştirakınız, məşqçi heyəti ilə hazırlığınız təmin olunacaq”.

AŞF-nin I vitse-prezidenti Faiq Həsənov qadın şahmatçıların uğurunu təlim-məşq toplanışlarında aparılan yüksək hazırlığın nəticəsi kimi dəyərləndirib: “Olimpiadada qızlarımız heç bir rəqibdən çəkinmirdi. İddialı komandalara qarşı layiqli mübarizə aparmaqla böyük təcrübə göstərdilər. İndiyədək heç vaxt qadın yığmamız bu səviyyədə hazırlıq keçməyib. Uğurlar yüksək hazırlığın nəticəsidir. İnanıram ki, növbəti olimpiadada qadın yığmamız ilk üçlükdə yer alacaq”.

Qadın şahmatçılardan ibarət millinin kapitanı Nicat Məmmədov olimpiadada medal qazana bilmədiklərinə görə məyus olduqlarını bildirib: “Hindistanda ilk turlarda medal qazanmaq uğrunda iddiamızı göstərməyə çalışdıq. Ümumilikdə oyunumuzu yaxşı qiymətləndirmək olar. Fikrimcə millidəki hər bir şahmatçı üzərində çalışmağı davam etdirməlidi. Milli üzvləri inkişafını artırmalıdır”.

Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkür edib: “Yarışlar ərəfəsində yaxşı hazırlıq keçdik. Hiss olunur ki, komandamıza inanırlar. Bu, bizə əlavə güc verir. Dəstəyə görə federasiya rəhbərliyi, məşqçi heyətinə çox sağ ol deyirəm”.

Qitə çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə gələcəkdə daha güclü məşqçi heyəti ilə çalışmaq istədiklərini söyləyib: “Milli komanda olaraq inkişaf etmək istəyiriksə məşqlər davam etməlidir. Gələcəkdə daha güclü məşqçi heyəti ilə işləmək istəyərdik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:30

MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a qarşı, Zirədə "final məşqi" - YENİLƏNİR 

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

15:58

"Təəccübləndiyimi deyə bilmərəm, amma..." - Andrey Lunyov

15:39

Rəşad Sadıqov 3 futbolçusunu "Qarabağ"a qarşı oynada bilməyəcək

15:21

AFFA Budaq Nəsirovu diskvalifikasiya etdi

15:04

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu "bürünc" görüşünə çıxacaq

14:48

"Mənim uşaqlarım trebli haqq edirlər" - Xabi Alonso

14:31

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli bilindi

14:10

“Kəpəz” növbəti 10 ev oyununu azarkeşsiz keçirəcək

13:56

"Bayer Leverkuzen" "bitdi" demədən bitməz - İnanılmaz statistika

13:39

"Real"ın sabiq ulduzları yenidən bir komandada - SON DURUM

13:20

"Sabah" önəmli matça 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:02

İlin ən yaxşı oyunçusu adına namizədlər bilindi - SİYAHI

12:45

Avropanın ən yaxşı məşqçisi kim olacaq? - Namizədlər açılqandı

12:28

"Kəpəz" "Neftçi"yə qarşı "yarımcan" heyətlə oynayacaq - AÇIQLAMA

12:07

Nadal tennis tarixində yeni rekorda imza atdı

11:46

"Bayer"in futbolçusu "Roma" ilə oyundakı "kambək"dən danışdı: "0:2-dən qayıtmağımız..."

11:26

"Zirə" - "Qarabağ" oyununun hakimi bilindi

11:04

Ronaldu "Əl-Nəsr"i qələbəyə daşıdı

10:45

Bu gün Ulu Öndərin doğum günüdür

10:27

Braziliya millisinin sabiq üzvü oyunda həbs olundu - SƏBƏB

10:06

"Neftçi"nin 4 futbolçusu "Kəpəz"ə qarşı oynamayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X