
Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fall Chess Classic" turnirində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster yarışın 7-ci turunda ağ fiqurlarla Ukrayna təmsilçisi İlya Nijnik ilə qarşılaşıb. Matç 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb.
Beləliklə, xalını 3,5-ə çatdıran Abasov hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider 5 xal toplayan Yanqyi Yudur (Çin).
Ümumilikdə 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa noyabrın 10-da yekun vurulacaq