
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası Özbəkistanda təşkil olunan təlim-məşq toplanışını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fevralın 16-dan 28-dək davam edən hazırlıq prosesi komandamızın fiziki və taktiki hazırlığının yüksəldilməsinə xidmət edib. Özbəkistanın yığma komandası ilə birgə keçirilən məşqlər idmançılarımız üçün təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Təlim-məşq prosesi milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında həyata keçirilib.