12:45 03.07.2022 600

Millimizin yeni baş məşqçisi: "Taekvondoçulara inamı qaytarmaq lazımdır"

Azərbaycanın kişilərdən ibarət taekvondo yığmasının yeni baş məşqçisı Məmməd Abdullayevin Fanat.Az-a müsahibəsi

- Məmməd bəy, Azərbaycan taekvondosunun çətin dönəmində əsas yığmaya rəhbərlik sizə həvalə olundu. Təyinatınızla bağlı fikirləriniz maraqlıdır.

- Doğru vurğuladınız ki, Azərbaycan taekvondosu hazırda yaxşı dövrünü yaşamır. Ancaq bu, əsasən böyüklərdən ibarət yığmanın üzləşdiyi çətinlikdir. Mənim bunadək rəhbərlik etdiyim gənclər yığmasının üzvləri bir sıra önəmli nəticələr qazanıb. Əlbəttə, məsuliyyət çoxdur. İllərdir bu işin içindəyik, bu gün mənə ehtiyac duyulmuşdusa, yaxamı kənara çəkə bilməzdim. 

- Əsas yığmanın üzləşdiyi uğursuzluğun səbəbini harda axtarmaq lazımdır? Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Bu suallara işin içində olmadan cavab vermək çətindir. İşləyib görəcəyik. 

İranlı mütəxəssis Reza Mehmandustun vaxtında iki olimpiya tsiklində uğurlu nəticələr əldə olundu. Olimpiya, üç dünya çempionluğu qazanıldı. Bunlar böyük göstəricilərdir. Sadəcə, deyərdim ki, idmançılarda inam çatışmırdı. Onlara bu inamı qaytarmaq lazımdır.

- Olimpiya çempionu Radik İsayev və ikiqat dünya çempionu Milad Beiqi Hərçəqani kimi titullu milliləşdirilmiş taekvondoçuların artıq tükəndiklərini, idmandan doyduqlarını söyləmək olarmı?

- Buna indi cavab verə bilməyəcəyəm. 

- Uzun müddət gənclərdən ibarət yığmanın baş məşqçisi olmusunuz. Dediyiniz kimi, dünya və Avropa çempionatlarında müəyyən uğurlar qazanılıb. Həmin yerli gənclər niyə böyüklərdə ümidləri doğrultmur?

- Dəqiq nəsə deyə bilmirəm. Mən hazırda da gənclər yığmasına rəhbərlik edirəm. Yığma dünya çempionatına hazırlaşır, vaxt az qalıb. Bu səbəbdən hələlik hər iki komandaya rəhbərlik edirəm. Dünya birinciliyindən sonra yəqin ki, gənclərə yeni baş məşqçi gətirilər. 

 - Cari ilin təqvimində Türkiyədə V İslam Həmrəyliyi Oyunları və Meksikada dünya çempionatı var. Qarşınıza konkret hansı hədəflər qoyulub?

- İslam Oyunlarına bir ay zaman qalıb. Bu müddətdə sadəcə, idmançıların mövcud hazırlıq formasını qoruyub-saxlamaq olar. Belə qısa vaxtda loru dildə desək, üçbucaqdan dördbucaq düzəltmək mümkünsüzdür. Dünya çempionatı üçün də çalışacağıq ki, müəyyən irəliləyiş olsun.

- Paris-2024-dək davam edib-etməyəcəyiniz il ərzindəki yarışlardan asılı olacaq?

- Hər halda elə olar.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X