15:30 06.07.2021 813

Tokioya "bilet"lər necə sifariş olundu? - ARAŞDIRMA

Tokio-2020-nin startına 17 gün qalır. Artıq demək olar ki, bütün növlər üzrə iştirakçıların hamısının adına aydınlıq gəlib. Azərbaycan olimpiyaçıları isə Oyunlara 40 lisenziya qazanıb ki, bunun biri 5 nəfərdən ibarət qrup hərəkətləri üzrə bədii gimnastika komandamızın payına düşür. Beləliklə, Tokioda ölkəmizin 44 idmançısı medallar uğrunda mübarizə aparacaq.

Bəs bu lisenziyalar necə əldə edildi? Ümumiyyətlə, idmançılarımızın "Gündoğar ölkə" paytaxtında təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında mübarizə aparacağı növlərdə "bilet"lər hansı prinsiplərə əsasən sifariş olunur? 
Fanat.az olaraq bu və digər suallara aydınlıq gətirməyə çalışmışıq.

Cüdo - Azərbaycan idmanı tarixində ilk dəfə cüdo lisenziyaların sayına görə Olimpiya komandamızda lider idman növüdür. Cüdoda Tokioya vəsiqələr reytinq xalları qazandıran yarışlardakı(dünya, qitə çempionatları, Dünya Ustarı, "Böyük Dəbilqə", Qran Pri və digər turnirlərdəki) nəticələrə əsasən bölüşdürülür. Belə ki, cari ilin iyununda açıqlanan son sıralamada kişi və qadınların hər bir çəki dərəcəsində ilk 18-likdə qərarlaşan ölkə təmsilçiləri Olimpiadada iştirak hüququna yiyələndilər.

Burada ev sahibləri istisnadır. Çünki Oyunların təşkilatçılarına birbaşa lisenziya verilir.

Həmçinin Beynəlxalq Cüdo Federasiyası tərəfindən qitələr üzrə müvafiq sayda kvota yerləri ayrılmışdı ki, Avropa üzrə bu, 25 idi. Azərbaycan cüdoçularından 8-i lisenziyasını ilk 18 ölkə təmsilçisi arasına düşməklə qazandısa, bir nəfəri - daha dəqiq desək, Aişə Qurbanlı qitə üzrə kvotaya yiyələnən 12 qadın cüdoçudan biri oldu. 

Onu da vurğulayaq ki, cüdoda çəki dərəcələri üzrə bir ölkədən bir neçə idmançı reytinqdə olsa belə, yalnız bir nəfərə Oyunlarda iştirak hüququ tanınır.

Güləş - İndiyəqədərki bütün Olimpiadalarda idmanımızın "ağır artilleriyası" statusunu daşıyan pəhləvanlarımız bu dəfə toplam 18 çəki dərəcəsindən 3-ü sərbəst, ikisi yunan-Roma, ikisi isə qadın güləşində olmaqla, cəmi 7 lisenziyaya sahiblənə bildilər. 

Cüdodan fərqli olaraq, güləşdə ev sahibi ölkəyə birbaşa lisenziya verilmir. Həmçinin Olimpiada üçün nəzərdə tutulmuş yer sayı standartdır. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşində hər ölkədən bir nəfər olmaqla, 16 güləşçi Olimpiadada yarışa bilər. 2019-cu ildə keçirilən dünya çempionatında hər çəki üzrə ilk 6 yerin, qitə Olimpiya Təsnifat Turnirlərinin hər birində yalnız finalçılar olmaqla 8, Dünya Təsnifat Turnirində isə iki yerin sahiblərinə Olimpiadada iştirak hüququ verilib. İdmançılarımızdan Mariya Stadnik(qadınlar - 50 kq) və Şərif Şərifov(sərbəst - 97 kq) olimpiya vəsiqələrini 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında, Hacı Əliyev(sərbəst - 65 kq), Hacımurad Hacıyev(sərbəst - 74 kq) və İslam Abbasov(yunan-Roma - 87 kq) cari ilin martında Macarıstanda təşkil olunan Avropa Təsnifat turnirində, Rafiq Hüseynov(yunan-Roma - 77 kq) və Elis Manolova(qadınlar - 68 kq) isə mayda Bolqarıstanda baş tutan Dünya Təsnifat Turnirində qazanıb.

Boks - Dəri əlcək ustalarımız da ötən Olimpiadadan aşağı nəticə göstərib. Rio-2016-da 11 boksçumuz mübarizə aparmışdısa, bu dəfə sifariş olunan "bilet"lərin sayı 5-dir. 

Boksda əvvəlcədən hər bir qitə üzrə ayrılıqda seçmə yarışlar, bir də Dünya Təsnifat Turniri nəzərdə tutulsa da, koronavirus səbəbindən sonuncu yarış ləğv olundu. Əvəzində, qitə təsnifat yarışlarında fərqlənməyən rinq ustalarına reytinqdəki mövqelərinə əsasən, əlavə lisenziyalar verildi. Bundan başqa, bəzi çəki dərəcələri üzrə boksçulara üçtərəfli komissiyanın qərarı ilə 1, bir o sayda da "vayld kard" əsasında Olimpiadada iştirak hüququ tanındı.

Azərbaycan boksçularının hamısı lisenziyalarını Avropa Olimpiya Təsnifat Turnirində əldə edib. 

Taekvondo - Taekvondoda da ötən Olimpiadaya nisbətdə eniş qeydə alındı. Rio-2016-da 4 idmançımız dayanq üzərinə çıxmışdısa, Tokioda 2 təmsilçimiz mükafatlar uğrunda mübarizə aparacaq.

Kişi və qadınlarda bütün çəki dərəcələri üzrə lisenziyalardan altısı reytinqə əsasən verildi, digərləri isə qitə təsnifat yarışlarındakı nəticələrə görə bölüşdürüldü. Bundan əlavə, ev sahibi olan Yaponiyanın təmsilçilərinə bəzi çəkilər üzrə birbaşa iştirak hüququ tanınıb, o cümlədən müxtəlif çəkilərdə bir nəfərə "vayld kard" göndərilib.

Azərbaycan təmsilçilərindən Milad Beiqi Harçeqani(kişilər - 80 kq) olimpiya lisenziyasını 2019-cu ilin dekabrında açıqlanan son reytinq cədvəlindəki mövqeyinə əsasən qazandısa, Fəridə Əzizova "Tokio təyyarəsi"nə "bilet"i bu ilin mayında Sofiyada keçirilən Avropa Təsnifat Turnirində finala çıxmaqla sifariş etdi.
 
Karate - Olimpiadanın proqramında ilk dəfə yer alacaq bu növdə nə az, nə çox 3 vəsiqəyə sahiblənmişik.

Karatedə də güləşdəki kimi iştirakçı sayı standartdır. Olimpiadada həm qadınlarda, həm kişilərdə hər çəki üzrə 10 idmançı yeri ayrılıb. 

Karateçilərimizdən Rafael Ağayev(kişilər - 75 kq) və İrina Zaretska(qadınlar - +68 kq) lisenziyalarını reytinqdəki yüksək yerlərinə əsasən, Firdovsi Fərzəliyev isə ötən ay Parisdə keçirilən Dünya Təsnifat Turnirində "üçlüy"ə düşməklə qazandı.

 
Əlavə olaraq qeyd edək ki, cüdoda olduğu kimi, karatedədə də təşkilatçı ölkəyə hər çəki üzrə 1 birbaşa yer müəyyənləşdirilib. 

Gimnastika - 4 lisenziya bu növ üzrə tarixdə ən yaxşı göstəricimizdir. Lisenziyalardan ikisi bədii, ikisi isə idman gimnastikasında aktivimizə yazılıb.

Bədii gimnastlarımızdan Zöhrə Ağamirova(fərdi çoxnövçülük) və qrup hərəkətləri üzrə yığmamız Olimpiadada iştirak hüquqlarını 2019-cu ildə Bakıda keçirilən Dünya çempionatında qazanıblar. 

İdman gimnastları Marina Nekrasova və İvan Tixonov isə lisenziyaya Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatının çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq sahib olublar.

Üzgüçük - Tokioyadək bütün Olimpiadalara "vayld kard" əsasında qatılan üzgüçülərimiz tilsimi Maksim Şemberevlə sındırdı. Ukraynalı legioner 2019-cu ildə Cənubi Koreyada təşkil olunan dünya çempionatında 400 metr məsafəyə qarışıq üzmədə final mərhələsinə vəsiqə qazanmaqla, Olimpiya tariximizdə bir ilkə adını yazdırdı.

Ondan başqa, yığmamızın digər üzvü Məryəm Şeyxəlizadəxangaha "vayld kard" verilib.

Atıcılıq - Zemfira Meftahətdinova və İradə Aşumova ilə Olimpiadalarda fərqləndiyimiz atıcılıq növlərində bu dəfə Ruslan Lunyov(25/50 metr məsafəyə kiçikçaplı tapançadan atəş açma) və stend atıcısı Emin Cəfərov ilə təmsil olunacağıq. Rio-2016-da "vayld kard" əsasında yarışan Lunyov, Tokioya lisenziyanı 2019-cu ildə Bolonyada təşkil olunan Avropa çempionatında qazanıb. Emin Cəfərova isə beynəlxalq federasiya tərəfindən "vayld kard" verilib.

Atletika - İki lisenziyamız da atletlərin payına düşür. Kişilərin üçtəkanla tullanma yarışlarında minimum məsafə 17.14 metr qeydə alınıb ki, 24 yaşlı Avropa çempionu və ikiqat Universiada qalibimiz 2019-cu ilin fevralında Fransada baş tutan lisenziya xarakterli beynəlxalq turnirdə 17.15 nəticə göstərərək, adını 32 xoşbəxt idmançı sırasına yazdırıb.

Qadınların çəkicatma yarışında isə Anna Skidan 2019-cu ilin mayında Çinin Nanjinq şəhərində keçirilən IAAF World Challange yarışında 72.92 metr nəticə göstərərək 5-ci yerin sahibi olub və beləliklə, "32-lik"də yerini təmin edib.

Bu, hər iki atletimizin ikinci Olimpiadası olacaq.

Velosiped idmanı - Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, kişilərin şose velosipedində olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabrında başa çatıb və Olimpiya reytinqinin ilk 50 pilləsində qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib.

Bu müddət ərzində yığmanın Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyəti komanda lisenziya xalları verən beynəlxalq yarışlarda 894 xal toplayıb.

Ümumilikdə İttifaqa üzv olan 196 milli federasiyadan 115-i Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşıb.

Şose velosipedində lisenziyalar milli federasiyalara verilir və olimpiadada mübarizə aparacaq idmançını federasiya müəyyənləşdirir. Azərbaycan Velosiped İdmanı Federasiyasının qərarına əsasən, ölkəmizi Olimpiadada komandanın ən təcrübəli üzvü, 34 yaşlı Elçin Əsədov təmsil edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.


Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X