Yüngül çəki dərəcəsi üzrə UFC çempionu Həbib Nurməhəmmədov Toni Ferqyusonla döyüşə hazırlaşır.
Fanat.Az xəbər verir ki, Həbib instaqram hesabında Dağıstandakı məşqindən görüntüləri paylaşıb və qeyd edib:
"5 yaşımdan bəri bu təpədə qaçıram. Demək olar ki, bütün həyatım burada keçib".
18 aprelə təyin olunan Həbib - Ferqyuson döyüşünün məkanı hələlik bəlli deyil. Döyüşün koronavirus pandemiyası səbəbindən boş tribunalar önündə keçiriləcəyi gözlənilir.
Fanat.Az