UFC liqasının ən ünlü ağırçəkililərindən sayılan Frensis Nqannu uşaqlıqda ac qalmamaq üçün qum karyerində işlədiyini deyib.
Fanat.Az xəbər verir ki, "Instagram"da karyerdə necə çalışdığının videosunu paylaşan kamerunlu döyüşçü diqqətçəkən fikirlər səsləndirib:
"Ağır çəkidə top-döyüşçü ola bilərəm. Amma öz yurduma qayıdanda bir yerdə böyüdüyüm dostlarımla karyerdə işləyirəm. Niyə? Sadəcə, əyləncə və zövq xatirinə... Uşaqlıqda isə belə deyildi. Yemək yeyə bilmək üçün bu, bizim yeganə şansımız idi".
Fanat.Az