UFC çempionu Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk dəfə "Instagram"da paylaşım edib.
Fanat.Az xəbər verir ki, atası ilə şəklini paylaşan rus idmançı bunları yazıb:
"Rəbbin Ondan başqa heç kimə ibadət etməməyi və valideynlərə qarşı yaxşı davranmağı əmr etdi. Valideynlərinizdən biri və ya hər kisi qocalıbsa, onlardan narazılıq etməyin, onların üstünə qışqırmayın və hörmətlə müraciət edin. Onların qarşısında əyil və söylə: "Ya Rəbb! Məni böyütdükləri üçün onlara mərhəmət et".
Sənin üçün darıxacam, Ata. Sən mənim üçün təkcə Ata yox, həm dost, həm qardaş, həm də məşqçi oldun. Demək olar ki, indiki bacarıqlarımın hamısını sən mənə öyrətmisən. Ümid edirəm ki, məndən məmnunsan. Valideynlərin məmnuniyyəti Allahın razılığıdı".
Fanat.Az