UFC döyüşçüsü Raçael Ostoviç keçirdiyi ağır zədələrdən sonra karyerasını bitirsə də, gündəmdən düşmür.
Fanat.Az xəbər verir ki, gözəl idmançı onun üçün xüsusi hazırlanan 2021-ci il təqvimi üçün kamera qarşısına keçib.
Təqvimi sosial mediada paylaşan Ostoviçin fanatları onu müsbət qarşılayıb. Hər biri 40 funt-sterlinqə satılacaq təqvimlərin idmançıya böyük pullar qazandıracağı proqnozlaşdırılır.
Qeyd edək ki, Gina Mazani ilə döyüşdə ağciyərindən aldığı zərbədən sonra ağır zədə keçirən 29 yaşlı idmançı sağaldıqdan sonra ardıcıl 3 döyüşdə məğlub olub və karyerasını bitirib.