18:23 10.06.2023 182

Cəbrayılov "Əziz Şuşa” veloturunda ən yaxşı dağ velosipediçisi seçildi

İyunun 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi baş tutub.

Fanat.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən veloturun bu mərhələsi Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısından başlayıb.

Startdan öncə "Əziz Şuşa" beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin rəhbər şəxsləri və üzvləri, həmçinin yarışın lider idmançıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra yarışa start verilib. İdmançılar Gəncə şəhərində təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra dağ yolları ilə Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət ediblər.

Marşrut boyu idman həvəskarları, yerli sakinlər və turistlər velosipedçiləri alqışlayıb, mötəbər veloturun iştirakçılarına dəstək olublar. Onlar idmançıları qələbəyə səsləyiblər.

Elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı şose velosipedinin qrup ötüşməsi növü üzrə 5 mərhələli veloturun dördüncü yarış günü maraqlı idman mübarizəsi ilə yadda qalıb.

İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Alessandro Monako (02:47:11) mərhələnin qalibi olub. Onun komanda yoldaşı Emanuele Ansaloni (02:47:11) ikinci, Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi (02:47:13) üçüncü yerdə qərarlaşıb.

Azərbaycan milli komandasının üzvü Samir Cəbrayılov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb. O, dağ yollarında yarışı liderlər sırasında davam etdirib. Nəticədə idmançımız dörd mərhələdən sonra veloturun ən yaxşı dağ velosipedçisi olub (15 xal).

Dörd mərhələnin cəminə əsasən, İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni (14:24:06) yarışın lideri, həmçinin ən yaxşı sprinteri (61 xal), Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi (14:24:30) ən yaxşı gənc idmançısı olub.

Bu mərhələnin turnir cədvəlində Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticə Musa Mikayılzadəyə (02:49:02) məxsusdur. İdmançımız 18-ci yerlə kifayətlənib.

Komanda hesabında dörd mərhələnin cəminə görə İtaliyanın “Team Technipes İnemiliaromagna" (43:18:49) klubu birinci yerdə qərarlaşıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.

İdmançılara mükafatları Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev, AVF-nin baş katibi Elnarə Musayeva və digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı qatılıb.

İyunun 11-də velosipedçilər Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

24 phrase_var_core.september 2023
11:37

"İmişlidə, Lerikdə oynamaq problem deyil, ancaq..." - Aslan Kərimov

11:01

Bu gün Azərbaycanın daha iki güləşçisi dünya çempionu ola bilər

10:44

İsgəndərlinin komandası liderliyi ələ keçirdi

10:26

“Sabah”dan qapıçıları ilə yeni müqavilə

10:00

“Böyük Dəbilqə”: Daha 10 cüdoçumuz mübarizəyə başlayır

09:57

“Sabah” “Kəpəz”ə, “Səbail” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR

03:09

“Barselona”dan əzmkar qələbə

02:47

Çempiondan 7 qolluq darmadağın

02:28

“Yuventus” uduzdu, “Milan” qalib gəldi

02:06

Liqa 1-də 8 qolluq matç

01:48

Mançester təmsilçilərindən qələbə

01:25

“Qalatasaray”dan İstanbul derbisində qələbə

01:05

Azərbaycan atıcılarından DÇ-də 2 gümüş medal

01:01

Azərbaycan cüdo əfsanələri belə vidalaşdılar

00:35

“Böyük Dəbilqə”də daha 2 qızıl medal!

23 phrase_var_core.september 2023
23:59

Rəşad Sadıqov: “Vacib xal qazandıq”

23:48

“Proses gedir, yeni komanda qurulur” – Adrian Mutu

23:39

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi - VİDEO

23:26

DÇ: İki güləşçimiz finalda, Həsrət Olimpiadaya lisenziya qazandı

22:53

“Sabah” braziliyalı futbolçusu ilə yollarını ayırdı

22:22

MPL: “Zirə” “Neftçi”ylə, “Sumqayıt” “Turan Tovuz”la “sülh” bağladı

22:09

Beynəlxalq turnirdə 10-cu mükafat

21:45

“Niyə qırmızı vərəqə gördüyümü mən də başa düşmədim”

21:35

“Bunun üzərində çox işləməliyik” – Ayxan Abbasov

20:55

Turun açılış matçında heç-heçə - VİDEO

19:55

“Qarabağ”ın fəxri prezidenti komanda rəhbərliyi ilə görüşdü

19:00

Komandası qalib gəldi, Cəlal Hüseynov…

19:00

Komandası qalib gəldi, Cəlal Hüseynov…

18:35

Azərbaycan təmsilçisi İtaliya klubuna ilk oyunda məğlub oldu

17:55

"Qalib gələ bilərdik" - Rüstəm Məmmədov

17:36

Millimizin Qazaxıstanla ev oyununa təyinatlar açıqlandı

17:15

"Bu, o demək deyil ki, çox zəifik" - "Şamaxı"dan 8 top buraxan qapıçı

16:57

“Qəbələ”nin “Qarabağ”la 74-cü dueli

16:36

“Neftçi”nin üç üzvü 2023-cü ilin ən yaxşısı adına namizəddir

16:14

Serxio Ramos La Liqanın tarixinə düşdü

15:58

“Qəbələ”də yeni təyinat

15:40

Pedro "Latsio"nu İspaniya klubuna dəyişir

15:22

"Neftçi"nin zədəli futbolçularının durumu açıqlandı

15:03

"O, dünya çempionu olsa da, özünü yaxşı aparır" - Qvardiola

14:43

"Real" yemək biznesinə girişdi

phrase_var_core.fb
X