
Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçilərinin adları bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyası yayıb.
Gənclər arasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar. Onlar fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.
İdmançılar artıq sözügedən ölkəyə yollanıblar.
Xatırladaq ki, yarış oktyabrın 2-7-si aralığında təşkil olunacaq.