2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha bir idman növünün daxil edilməsi təsdiqlənib.
Fanat.Az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, velosipedin dağ və BMX fristayl növləri proqramda yer alıb. Polşadakı hər iki yarış həm də Avropa çempionatı statusu daşıyacaq.
Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.