Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir idmançını cəzalandırıb.
Fanat.Az AMADA-ya istinadən xəbər verir ki, bu, qadın velosipedçi Elfanə Camalovadır.
O, nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməmə hallarına yol verdiyi üçün 2 il müddətinə diskvalifikasiya olunub.
Camalovanın cəza müddəti idmana qayıtdığı tarixdən hesablanacaq.
Fanat.Az