10:59 18.04.2022 355

Azərbaycan Kubokunda daha bir mərhələyə yekun vuruldu

Şose velosipedi üzrə Azərbaycan Kubokunda 4-cü mərhələyə yekun vurulub.

Fanat.Az xəbər verir ki, İsmayıllı rayonunda keçirilən yarışın qalibi iki günün nəticəsinə əsasən müəyyənləşib.

Reqlamentə görə 3 kateqoriyada keçirilən yarışda 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənclər və U23/ Elit yaş kateqoriyası üzrə velosipedçilər mübarizə aparıblar.

4-cü mərhələnin birinci günündə yeniyetmə oğlanlar və qızlar 3 km, gənclər, Elit və U23 yaş kateqoriyası üzrə idmançılar isə 6 km məsafəyə dağa fərdi ötüşmədə mübarizə aparıblar. Növbəti gün isə qrup ötüşməsində yeniyetmə oğlanlar və qızlar 60 km, digər yaş kateqoriyası üzrə idmançılar isə 90 km məsafədə ən güclünü müəyyənləşdiriblər.

İki yarış gününün nəticəsinə əsasən qızlar arasında Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Abdurahmanova ikinci, İradə Abdurahmanova isə üçüncü olub. 17 yaşadək oğlanlar arasında Ravi Rzayev bütün rəqiblərini geridə qoyub. Burhan Abdullayev və Baratəli Səlimzadə isə 2-3-cü yerləri bölüşüblər.

Gənclər, U23 və Elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Musa  Mikayılzadə hamıdan güclü olub. Şahin Eyvazov və Kamran Mirzəxanov isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

Qaliblərə mükafatları Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov və Federasiyanın idman direktoru Oleq Berezovski təqdim ediblər.

Qeyd edək ki, yarışa ilk dəfə olaraq Azərbaycan Velosiped Federasiyasının İsmayıllı filialından və Zaqatala rayonundan velosipedçilər də qatılıblar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

Facebookdan bizi izləməyi unutmayın.
X