13:35 20.06.2022 254

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçirildi

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmədə, ikinci yarış günündə isə “Dreamland” Qolf Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşməsində mübarizə aparıblar.

Yarışın proqramına əsasən, 59 velosipedçinin qatıldığı fərdi ötüşmə növündə 17 yaşadək idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U23/Elit yaş kateqoriyasında olan qadınlar 20 km, U23/Elit yaş kateqoriyasında olan kişilər isə 38 km məsafə qət ediblər.

52 velosipedçinin iştirak etdiyi qrup ötüşməsində isə 17 yaşadək idmançılar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 km, gənc oğlanlar 90 km, 23 yaşadək kişilər 120 km və Elit yaş kateqoriyasında olan kişilər isə 135 km məsafədə yarışıblar.

İlk yarış günü baş tutan fərdi ötüşmələrdə qızlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM), 17 yaşadək oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM), gənc oğlanlar arasında Kamran Mirzəxanov (ROEQİUGVM), U23/Elit yaş kateqoriyasında olan kişilər arasında isə Elçin Əsədov (“Salcano Sakarya”) ən yüksək nəticə göstərərək fəxri kürsünün 1-ci pilləsinə qalxıblar.

Növbəti gün keçirilən qrup yarışında da fərdi ötüşmələrdə olduğu kimi, qızlar arasında ən güclü velosipedçi Viktoriya Sidorenko (ROEQİUGVM) olub. 17 yaşadək oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM), gənc oğlanlar arasında Kamran Mirzəxanov (ROEQİUGVM), U23/Elit yaş kateqoriyasında isə Elçin Əsədov (Salcano Sakarya) birinci yerə layiq görülüblər.

17 yaşadək velosipedçilər arasında gərgin idman mübarizəsi şəraitində keçən qrup ötüşməsinin ikinci dövrəsində Barətəli Səlimzadə (ROEQİUGVM), 4-cü dövrəsində isə Artyom Proskuryakov (Təhsil RİM) yıxılsalar da, xoşbəxtlikdən onlar heç biri ciddi xəsarət almayıblar. İdmançılar əzmkarlıq nümayiş etdirərək yenidən mübarizəyə davam ediblər. Nəticədə Artyom Proskuryakov yüksək göstəriciyə imza ataraq U17 yaş kateqoriyasında ikinci yerə layiq görülüb.

Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və AVF-nin baş katibi Elnarə Musayeva təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X