Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, yarışların 4-cü günündə Azərbaycanın 4 velosipedçisi qüvvəsini sınayıb.
Trek velosipedində ən yaxşı nəticəni yenə Ayan Xankişiyeva göstərib. O, bir gün əvvəl olduğu kimi, yenə 4-cü yerlə kifayətlənib.
Digər qadın təmsilçimiz Viktoriya Sidorenko 8-ci olub. Kişilər isə uğursuz çıxış edib. Elgün Əlizadə 17-ci, Əmral Əbdüləzizli sonuncu – 19-cu olub.