Avstraliyanın Vollonqonq şəhərində şose velosipedi üzrə dünya çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, 266,9 km məsafəyə qrup yarışında belçikalı Remko Evenepul bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Çempiondan 2 dəqiqə, 21 saniyə geri qalan fransalı Kristof Laport gümüş, avstraliyalı Maykl Metyus bürünc medala sahib çıxıb.