Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raketini buraxıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.
"Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır".

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol