Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarış 10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək.
Artıq komandamızın oyunlarının təqvimi də bəllidir:
11 yanvar
23:00. Azərbaycan - Estoniya
12 yanvar
20:00. Azərbaycan – Ukrayna
13 yanvar
23:00. Azərbaycan – Latviya
14 yanvar
20:00. Azərbaycan – Polşa
Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.