Voleybol üzrə Azərbaycan çempionatında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.
Fanat.Az xəbər verir ki, yanvarın 9-da qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrə (8-ci tur) çərçivəsində iki oyun baş tutacaq.
Günün ilk qarşılaşması saat 15:00-da “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Ardınca saat 17:00-da “Murov Az Terminal” komandası “Azərreyl”lə üz-üzə gələcək. Hər iki oyun GİN-nin Voleybol Mərkəzində baş tutacaq.
15:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası”
17:00. “Murov Az Terminal” - “Azərreyl”