"Nilüfer" voleybol klubunun üzvü Pilar Mari Viktoriya Lopez Türkiyədə yaşadığı mənzildə ölü tapılıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pilar klubunun səhər məşqində iştirak etməyib. Voleybolçu ilə əlaqə saxlamaq mümkün olmadığı üçün onun yaşadığı ünvana texniki heyət göndərilib. İdmançının yatdığı vəziyyətdə cəsədi aşkar edilib.
28 yaşlı puerto-rikolu voleybolçunun ölümünün dəqiq səbəbi hələlik məlum deyil. Bunu məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.