Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbir İtaliyanın Bari şəhərində baş tutub.
Dünən reallaşan mərasimdə ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri də bilinib. Çempionatın ev sahiblərindən olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya olacaq.
Təmsilçimiz 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.