
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün "qızıl set"ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran "Xilasedici" 1/16 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə Belçikanın "Lindemans" klubu ilə qarşılaşacaq. İlk oyun 2026-cı il yanvar 7-də səfərdə keçiriləcək.
20 noyabr
Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyunu
"Xilasedici" (Azərbaycan) - "Styaua" (Rumıniya) 4:1 ( (25:23, 25:17, 15:25, 28:26, 15:13)