
"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilə yeniləyib. Rəsul 1 illik sazişə imza atıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
192 sm boya malik, "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanın U-20 millisinin heyətində Avropa çempionatının B divizionunda ölkəmizi təmsil edib.
Məmmədzadə ötən mövsüm ölkə çempionatında gümüş medallar qazanan kollektivin heyətində yer alıb.