16:02 03.05.2020 1192

Azərbaycan millisinin üzvü Macarıstan klubu ilə müqavilə yenilədi - FOTO

"Mövsümün bərpa olunmadan başa çatdırılmasının elan edilməsi yaxşı olmadı. Çünki hədəflərimiz var idi ki, onlara bu üzdən çata bilmədik”.

Bunu Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova deyib

Ad günü ilə bağlı çıxış etdiyi Macarıstan təmsilçisi "Vaşaş”ın rəsmi saytına açıqlama verən voleybolçu yarımçıq başa çatan mövsümün yeganə təsəllisindən danışıb: "Amma heç olmasa Macarıstan kubokunda qalib gəldik. İndi evdə qaçır, məşq edirəm. Amma bu, topla oyun və gündə iki dəfə gerçəkləşən məşqlərin yerini vermir. Lakin biz durumu da qəbul etməliyik. Çünki bu, bütün dünyada belədir”.

Koronavirus pandemiyası üzündən sərhədlər bağlı olduğundan Ayşən 2018-ci ildən oynadığı ölkədə qalıb: "İki reys ləğv olundu. Bakıya nə vaxt uça biləcəyim də bəlli deyil. Bu üzdən yayla bağlı hər hansı planlarım yoxdur. Ailəmlə daha çox vaxt keçirmək istəyirəm”.

Voleybolçumuz arxada qalan mövsümdəki çıxışına da toxunub: "Burada üzərimə düşən təzyiq fərqlidir. Mən bu komandada yığmamı və ölkəmizi təmsil edirəm. Buna görə də klubumda çox yaxşı oynamalıyam. Çünki məsuliyyətim böyükdür. Çempionlar Liqasında mübarizə mənim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, payızda yenidən qayıdacağıq. "Konegliano” ilə görüş daim hamının yaddaşında qalacaq. Yaxşı mövsüm keçirdim, oyunlarda və məşqlərdə bütün gücümü qoydum. Ümid edirəm ki, rəhbərlik və azarkeşlər də məndən razı qalıb. Kubokun finalında aldığım və bir neçə oyunu buraxdığım cüzi zədənin müalicəsi koronavirus üzündən yarımçıq qaldı. Evə qayıtmağı gözləyirəm ki, bunu yekunlaşdırım”. 

Son iki mövsümü keçirdiyi "Vaşaş”la daha bir illik anlaşan təcrübəli blokçu Macarıstanda qalmaqdan məmnunluğunu gizlətməyib: "Son iki mövsümdə Macarıstan liqasının səviyyəsi çox qalxıb. Oyunçular uzun müddətdir burdadır və zaman keçdikcə daha yaxşı oynayır. Hər iki mövsümdə yaxşı komandamız olub. Ümid edirəm ki, yeni çempionatda da vəziyyət dəyişməyəcək. Burada olmaqdan xoşum gəlir və "Vaşaş” ailəsinin nə olduğunu bilirəm. İlk andan personal və azarkeşlərin mehriban davranışına şahid oldum. Onlar möhtəşəmdir. Komanda yoldaşlarımla çox yaxşı münasibətim var. Azarkeşlərin bizi tezliklə bizi görəcəyinə ümid edirəm. Mən onların bizi necə dəstəklədiyi hələ də eşidirəm. Onların sədaları qulaqlarımdadır. Səbirsizliklə yeni oyunları gözləyirəm”.

"Vaşaş”ın baş məşqçisi Yakub Qluşak da voleybolçunun növbəti mövsüm klubda qalmasından razılığını bildirib: "Son iki il göstərdi ki, komanda üçün nə qədər vacib oyunçudur. Ona daim güvənə bilərik. Biz gələcək barədə çox danışdıq. Hiss etdim ki, o, uğurlara və inkişafa iddialıdır. Sevinirəm ki, onunla daha bir mövsüm işləyə biləcəyik”.(Apasport.az)
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Fevral 2024
12:21

12-ci turun təqvimi açıqlandı

11:23

Azərbaycan basketbol millisi Kosovonu qəbul edəcək

10:51

İki ulduz 30 milyondan və Ronalduyla birgə oynamaqdan imtina etdi

10:20

"Turan Tovuz" türk futbolçusunu yeni vəzifədə sınadı

09:53

Günün oyunları bu kanallarda - AFİŞA

09:28

Saka bunu bacaran ilk ingilis olacaq - Rekorda az qaldı

09:00

MPL: "Zirə" "Araz-Naxçıvan"a, lider ən yaxın izləyicisinə qarşı - YENİLƏNİR

02:49

“Barselona”dan darmadağın, “Atletiko”dan xal itkisi

02:36

“Strasburq”la “Nant”dan səfər qələbəsi

02:18

“Mançester Siti”dən çətin, “Arsenal”dan asan qələbə

01:58

“Cenoa” “Udineze”ni xalsız yola saldı

24 Fevral 2024
23:48

Keynin dublu “Bayern”ə qələbə qazandırdı

23:20

“Qarabağ”ın oyununa biletlər sabah satışa çıxarılacaq

23:00

Hüseynovlu “Arda” darmadağına üzüldü

22:40

Renatın komandası uduzdu, “Fənərbaxça” qalib gəldi

22:21

Azərbaycan gimnastından dünya kubokunda qızıl medal

22:02

Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub

21:44

Azərbaycan gimnastları Rumıniyada gümüş və bürünc medal qazandılar

21:26

Azərbaycan birinciliyi başa çatdı

21:05

Azərbaycanın iki gimnastı Bakıdakı yarışda finala yüksəldi

20:43

Azərbaycan yığması Kosovo ilə oyuna hazırlığı başa vurdu

20:24

“Komandanın toparlanması məni sevindirir” - Diniyev

20:08

“Səbail” bizi əks-hücumda tutmağa çalışırdı”

19:49

Diniyevin komandasından növbəti məğlubiyyət

19:26

“Sabah” “Səbail”ə uduzdu, Tovuzda qalib müəyyənləşmədi

19:03

Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb

18:44

“Qəbələ”nin əvəzedicilərindən darmadağın

18:20

“Neftçi”yə məğlub olmamaq önəmli idi” - Ayxan Abbasov

18:01

"Real"ın zədəlisinin nə vaxt sıraya dönəcəyi bilindi

17:53

“Uduza da bilərdik” - Miodraq Bojoviç

17:35

Tovuzda “Neftçi”nin futbolçusuna su şüşəsi atdılar, gərginlik yaşandı

17:12

İspaniya nəhəngi onun əvəzinə Barellanı istəyir

16:24

Arda Güler yekun qərarını verdi - Satılır?

15:58

"Avropaya qayıtmaq istədiyimi deyənlər..." - Benzema danışdı

15:19

Braziliya klubu Halkla bağlı atdığı addımı ictimaiyyətə açıqladı

15:01

"Məşqlərdə işimizi düzgün görməmişik" - Rüstəm Məmmədov məsuliyyəti üzərinə götürdü

14:34

Dadaşovlu “Dinamo” doğma meydanda xal itirdi

14:17

"Biz məğlub olanda onlar sevinirlər" - Ədəhim Niftəliyev şikayətləndi

13:44

"İnanıram ki, "Qarabağ..." - Əsədov "Bayer"lə duellərdən nə gözləyir?

13:27

Çin millisinin yeni baş məşqçisi xorvat oldu

Facebookdan bizi izləməyi unutmayın.
X