16:38 31.05.2021 1288

Xanım voleybolçumuz: "Zamanı geri almaq mümkün olsaydı, ..." - MÜSAHİBƏ

Azərbaycanın voleybol üzrə gənclərdən ibarət yığma komandasının üzvü Nərminə Musayevanın Fanat.Az saytına müsahibəsi

- Uşaq vaxtı voleybola baxırdım. Bu idman növünü çox sevirdim. Atam marağımı gördükdən sonra qərar verdi ki, məni voleybola yazdırsın. Məşqlərə başladıqdan sonra voleybolu daha çox sevdim. Artıq 10 ildir ki, bu idman növü ilə məşğulam. Zamanı geri almaq mümkün olsaydı, şüphəsiz ki, yenə voleybolu seçərdim. 
 


- Ailənizdə sizdən başqa idmanla məşğul olan varmı?
- Bəli, atam Vaqif Musayev keçmiş futbolçudur. "Neftçi" klubunda oynayıb. İndi 48 yaşı var, beynəlxalq hakimdir. O da bütün həyatını idmana verib. Qardaşım Emin də atamın izi ilə getdi. Hazırda 16 yaşı var. "Neftçi" klubunun U-16 komandasında çıxış edir. 7 ildir futbol oynayır. 

- Bizim mentalitetə görə idmanla məşğul olan xanımlar ətraf mühit, qohum-qonşu tərəfindən psixoloji basqı ilə üzləşirlər. Hər halda atanız və qardaşınızın idmanla məşğul olması sizə bu mənada avantaj qazandırıb...
- Heç elə problemlə rastlaşmamışam. Ailəm həmişə seçimimi dəstəkləyib. Əminəm ki, atam idmançı olmasaydı, mən yenə də bu yolu gedərdim. 
 


- Ümumiyyətlə, idmanla məşğul olmaq bir xanım olaraq sizə hansısa çətinlik yaradıbmı? 
- Sözün düzü, çətinliklər yoxdur. Bəlkə də artıq öyrəşmişəm idman həyatına (gülür)...

- Gələcəkdə şəxsi həyatınızda olan insan sizi seçim qarşısında qoysa, idmanla vidalaşarsınız? 
- Xeyir, qətiyyən! Mənə hörmət edirsə, seçdiyim işə də, yəni voleybola da hörmətlə yanaşmalıdır. 
 


- Artıq 10 ildir idman həyatınızın mərkəzindədir. Geridə qalan bu 10 ili necə xatırlayırsız? 
- Ən gözəl və maraqlı illərim olub. Həyatımı yaxşılığa doğru dəyişdiyi üçün voleybola minnətdaram. Bir çox ölkələrdə, şəhərlərdə olmuşam, çox insan tanımışam, bir çox rəfiqə qazanmışan. Qısacası, çox gözəl xatirələrim var. 

- Voleyboldan başqa maraq dairənizdə olan başqa sahələr varmı? Hobbiniz nədir? 
- Boş vaxtlarda velosiped sürməyi çox sevirəm. Dostlarımla və ailəmlə zaman keçirirəm. Bir də maraqlı kinoya baxmaqdan heç vaxt imtina etmərəm. 
 

 
- 13 aydır ki, pandemiya səbəbindən məşqlərdən, yarışlardan kənarda qalmaq sizə necə təsir etdi? Karantin müddətini necə keçirdiniz?
- Həyatının o qədər ilini idmana verdikdən sonra 13 ay ondan uzaq qalmaq çox çətindir. Hər gün məşq edib və birdən bu proses dayandırılanda insana çox pis təsirləri olur. Hər gün məşq edib, topla işləyirəm, amma yenə də zalda və fitnes zalında olan nəticə ilə eyni olmur. Ümid edirəm ki, tez bir zamanda hər şey düzələcək və sevimli idmanımıza qayıdacağıq. Karantin müddətini ailəmlə keçirtdim. 

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X