Rusiya Federasiyasının BMX velosipedi üzrə yığma komandası Bakıda təlim-məşq toplanışındadır.
Fanat.Az xəbər verir ki, qonşu ölkənin komandası fevralın 13-dən BMX Veloparkında hazırlıq prosesi keçir.
Bakıya 11 nəfərlik nümayəndə heyəti ilə gələn komanda üzvlərindən aşağı yaş qrupuna aid 5 idmançı daxili yarışlarda iştirak etmək üçün artıq Rusiyaya qayıdıb. Elit katqeoriyalı digər 4 velosipedçi isə fevralın 28-dək Azərbaycanda olacaq.
Qeyd edək ki, Rusiya velosipedçilərini qarşıdakı aylarda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa və Dünya Kuboku yarışları gözləyir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol