Bu gün Azərbaycan Voleybol Federasiyanın əməkdaşları, klubların rəhbərləri, məşqçilər korpusu və 18 yaşdan yuxarı voleybolçular COVID-19 əleyhinə ilkin doza peyvənd olunublar.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
İyunun 3-də başlayan vaksinasiya nəticəsində 70 nəfərdən artıq şəxs könüllü vaksin vurdurub.
Vaksinasiya prosesi Biləcəridə "Murov” klubunun idman bazasında aparılıb. İkinci doza gələn ay reallaşacaq.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol