Tokio 2020-də qadın voleybolçuların yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, finalda ABŞ və Braziliya yığmaları üz-üzə gəlib.
Tarixdə dördüncü dəfə Olimpiadanın finalına yüksələn amerikalılar, nəhayət, tilsimi qıra bilib - 3:0 (25:21, 25:20, 25:14)
Yarışların bürünc medalına isə Cənubi Koreyanı "quru" hesabla yenən Serbiya seçməsi layiq görülüb.
Qeyd edək ki, ötən gün baş tutan kişilərin finalında Fransa Rusiya Olimpiya Komitəsini (ROK) 3:2 məğlub edib. Bu, fransalı voleybolçuların tarixdə ilk Olimpiya çempionluğu olub.