Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya komandası ilə üz-üzə gəlib.
Görüş ikiqat dünya çempionlarının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Millimiz ilk setdə 16:25, ikinci setdə 17:25, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçika, ikinci turda isə Bosniya və Hersoqovina seçməsinə "quru" hesabla məğlub olub.
Avropa çempionatı
Qrup mərhələsi
A qrupu, III tur
22 avqust
19.00 Azərbaycan - Rusiya 0:3 (16:25, 17:25, 13:25)