Voleybol üzrə kişilər arasında Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Tokio 2020-nin çempionu Fransanın ardından finalçı Rusiya yığması da mübarizəni dayandırıb. Onlar son dünya çempionu Polşa seçməsi ilə bacarmayıb. Ev sahibləri matçın taleyinə üç setdə aydınlıq gətiriblər.
Titulun hazırkı sahibi Serbiya Niderlandı, İtaliya Almaniyanı, Sloveniya isə Çexiyanı "quru" hesabla yenib.
Sentyabrın 18-də baş tutacaq yarımfinal mərhələsində Serbiya İtaliya, Polşa Sloveniya ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, Polşa, Finlandiya, Estoniya və Çexiyanın ev sahibliyi etdiyi 32-ci qitə çempionatına sentyabrın 19-da yekun vurulacaq.
Sahib Əsədbəyli