Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi kişi voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, qurumun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsi çərçivəsində Polşanın paytaxtı Varşavada keçiriləcək yerli “Proyekt Varşava” – “Greenyard Maaseik” (Belçika) komandalarının görüşündə supervayzer funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma yanvarın 11-də baş tutacaq. Matçın hakimləri çexiyalı Vlastimil Kovar və ukraynalı Mixaylo Medvid olacaq.