Avropa Voleybol Konfederasiyası azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova növbəti dəfə etimad göstərib.
Fanat.Az xəbər verir ki, ədalət təmsilçisi qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində keçiriləcək “Vakıfbank” (Türkiyə)– “LP Salo” (Finlandiya) matçına ikinci hakim kimi təyinat alıb.
Qarşılaşma yanvarın 20-də İstanbulda baş tutacaq.
Görüşün baş hakimi rusiyalı Yevgeni Maxsanov olacaq.