
Polşa və Sloveniyada keçirilən kişi voleybolçular arasında dünya çempionatında 1/4 finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İtaliya, Fransa, Sloveniya, Argentina, Braziliya, Polşa, ABŞ və Ukrayna yığmaları adlarını səkkiz ən güclü kollektiv sırasına yazdırıblar.
Ukrayna millisi tarixdə ilk dəfə belə bir hüquqa yiyələnib.
1/4 final cütləri:
7 sentyabr
İtaliya – Fransa
Sloveniya – Ukrayna
8 sentyabr
Argentina – Braziliya
Polşa – ABŞ
Qeyd edək ki, mundial Rusiyada keçirilməli olsa da, siyasi vəziyyətlə əlaqədar olaraq Polşa və Sloveniyaya salınıb.